"Maraqlı oyun alındı. Düşünürəm ki 1-ci hissə daha çox bizim üstünlüyümüzlə keçdi".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Araz-Naxçıvan"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının XXI turunda qələbə qazana bilmədiklərinə görə üzüldüyünü bildirib: "Əfsuslar olsun ki, penalti imkanını qola çevirə bilmədik. Amma belə rəqibə qarşı əldə olunan 1 xala görə komandama alqış düşür. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. Lakin göstərdiyimiz mübarizə ilə qələbə əzmimiz də artır. Növbəti oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, "Sumqayıt" 22 xalla 6-cı pillədə qərarlaşıb.