![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738852473_elm.jpg)
"Araz-Naxçıvan" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda öz meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq.
- Jatoba haqda fikriniz necədir?
- Bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə, zədəyə görə geri düşmüşdü. Hazırlaşır, güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək.
- Əyyub Allaşı "Şerif"dən necə gətirə bildiniz?
- Hər bir futbolçu komandaya yeni güc qatır. Əyyub da tanıdığımız, güvəndiyimiz futbolçudur. Sevindirici odur ki, təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq.
- Növbəti mövsümdən Premyer Liqada komanda sayı 12 olacaq, legioner limiti isə ləğv ediləcək. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu suala yenidən cavab vermək istəmirəm. Qərarı verən verib. Bizim nəsə deməyimiz nəyisə dəyişməyəcək. Nəyə əsaslanıb qərar veriblər, maraq doğurur. Premyer Liqada məşqçilərin çoxu litimin götürülməsinə qarşı idi. Bizim fikrimizi öyrənmək istəyirsiniz. Amma o fikir heç nəyi dəyişməyəcəksə, qoy cavabı bizdə qalsın.