![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739356468_211491_htde3ekerq.jpg)
"Barselona" futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportnet.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Forvardın klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Kataloniya təmsilçisi 36 yaşlı hücumçu ilə müqaviləni 2026-ci ilin yayınadək uzatmağa razılaşıb.
Qeyd edək ki, Robert 2022-ci ildən "Barselona"da oynayır. “Transfermarkt” portalına görə, onun transfer dəyəri 15 milyon avrodur. Levandovski cari mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 31 qol vurub və 3 qolun ötürməsini verib.