![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739358803_a784d465-a8d3-34ea-9bcf-20ad677dd94d_850.jpg)
“Neftçi” klubu azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azarkeşləri Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Neftçi" 1500 manat cərimələnib.
Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.