
“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turunda “Qarabağ”la oyuna iki futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Teleqraf-a “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ukraynalı legioner Andrey Ştoqrin və Elvin Camalov Azərbaycan derbisində iştirak etməyəcək.
Ştoqrin zədəsinə görə fərdi məşq edir, Camalov əzəlisini dartığı üçün komandaya kömək edə bilməyəcək. Digər futbolçular isə kollektiv məşqlərə qoşulub.
Qeyd edək ki, fevralın 16-da “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.