
"Neftçi" və "Qarabağ" arasındakı Azərbaycan Premyer Liqasının XXIII tur matçında son mövsümlərin rekordu qeydə alınıb.
Sportnet.az xəbər verir ki, oyunu 9 355 tamaşaçı "Neftçi Arena"da canlı izləyir.
Bu barədə məlumat stadionun tablosunda əksini tapıb. Arenanın ümumi tamaşaçı tutumu isə 11 000 nəfərdir.
Ötən mövsüm rekord göstərici XXXI turun "Sumqayııt" - "Qarabağ" görüşünə təsadüf edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş matçı 9 300 tamaşaçı izləyib.
Cari mövsümdə isə ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınıb. 2024-cü il dekabrın 1-də keçirilmiş görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda "Qarabağ" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.