
İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola 3 futbolçu ilə yollarını ayırmağı qərara alıb.
Sportnet.az "EL Nacional"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis kollektivdə genişmiqyaslı yenidənqurma planlaşdırır. Onun fikrincə, Kevin De Bröyne, Bernardu Silva və İlkay Gündoğanın satışı bu prosesin sürətləndirilməsinə kömək edəcək.
Fil Fodenin də gələcəyinin sual altında olduğu bildirilir. Onunla İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları maraqlanır. 150 milyon avroluq təklif "Mançester Siti"ni ingiltərəli yarımmüdafiəçi ilə də vidalaşmağa vadar edə bilər.
Qeyd edək ki, yaşadıqları böhrana baxmayaraq, klub bu yaxınlarda Xosep Qvardiolanın müqaviləsini uzadıb. Hazırda İngiltərə Premyer Liqasında 44 xalla 4-cü yerdə gedən "şəhərlilər" lider "Liverpul"dan 16 xal geri qalır.