
Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçiisi A qrupunun sonuncu turunda KTP ilə üz-üzə gəlib.
Kökçünün komandası səfərdə rəqibini 4:0 hesablı məğlubiyyətə uğradıb.
Meydana 72-ci dəqiqədə çıxan Kökçü 3 dəqiqə sonra komandasının 4-cü qolunu vurub. HİK 12 xalla qrup lideri olaraq növbəti mərhələyə vəsiqə qazanıb..