
Uzun müddətdən sonra Azərbaycan Premyer Liqasına baş hakim kimi təyinat alan Tural Qurbanov "Neftçi" - "Sumqayıt" oyununda kobud səhvə yol verib.
Sportnet.az xəbər verir ki, matçın 77-ci dəqiqəsində gənc referi meydan sahiblərinin qapısına penalti təyin etməyib.
O, paytaxt komandasının cərimə meydançası daxilində Mustafa Sekin Cəsur Cəloliddinova qarşı kobud oyununa əhəmiyyət verməyib. Qurbanov "davam" işarəsi verib.
Əvəzində o, 90+2-ci dəqiqədə Elvin Bədəlovun Ağadadaş Salyanskiyə qarşı kobud oynadığını əsas gətirərək, "Sumqayıt"ın qapısına penalti təyin edib. Topa yaxınlaşan Filip Ozobiç "ağ-qaralar"ın qələbə topunu vurub.
Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.