
Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edib. FİFA referisi Kamal Umudlunun idarə etdiyi oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 30-cu dəqiqədə Aleks Souza vurub.
“Turan Tovuz” xallarının sayını 42-yə çatdıraraq 3-cü pillədə qərarlaşan "Zirə"yə çatıb. “Şamaxı” 21 xalla 8-cidir.
Xatırladaq ki, "Şamaxı" - "Turan Tovuz" qarşılaşması hava durumuna görə canlı yayımlanmayıb, görüşdə həmçinin VAR hakimləri də iştirak etməyib.
Qeyd edək ki, XXIV turun artıq keçirilən oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə udub, “Araz-Naxçıvan” “Səbail"lə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək “Zirə” - “Kəpəz” oyunu ilə yekun vurulacaq.
--------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək.
Tovuz təmsilçisi “Şamaxı” ilə keçirilən bütün oyunlarda qol vurub, həmçinin səfərdə məğlub olmayıb.
“Turan Tovuz” hazırda 39 xalla 4-cü, “şirlər” isə 21 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son görüşü “Kəpəz” və “Zirə” arasında olacaq. Tovuz şəhər stadionda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq.
Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub.
Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 məğlub edib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
23 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz" - 0:1
Qol: Aleks de Souza, 30
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
17:00. "Zirə" – "Kəpəz" (Təxirə salındı)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin
Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu