
AFFA İntizam Komitəsi "Turan Tovuz"a xəbərdarlıq edib.
Sportnet.az xəbər verir ki, buna səbəb fevralın 23-ü Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Şamaxı" ilə oyunun təxirə salınması üçün yaydığı bəyanat olub.
AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə “Turan Tovuz” komandasına xəbərdarlıq edilib.
Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" görüşü qonaqların 1:0 qələbəsilə yekunlaşıb.