
Azərbaycan Kubokunda iki yarımfinalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 1/4 finalın cavab oyununda "Səbail"ə 3:1 hesabı ilə qalib gələn "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
Hesabı 13-cü dəqiqədə Ağdam klubunun hücumçusu Musa Qurbanlı açıb. Amma meydan sahiblərinin qol sevinci cəmi 2 dəqiqə çəkib. Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "Qarabağ" 2-ci qolu vurub. "Səbail"in heyətində Rüfət Abdullazadə avtoqol müəllifi olub. Görüşdə son nöqtəni isə 55-ci dəqiqədə Nəriman Axundzadə qoyub.
"Qarabağ" bu mərhələnin ilk oyununda da "Səbail"i məğlub etmişdi - 1:0. "Köhlən atlar"ın yarımfinaldakı rəqibi "Araz-Naxçıvan" - "Zirə" cütünün qalibi olacaq.
Günün ikinci oyununda "Sabah" səfərdə "Sumqayıt"ın qonağı olub. Matç qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.
"Bayquşlar" növbəti raundda "Neftçi" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın digər 3 oyunu bu gün və fevralın 28-də keçiriləcək.
----------------------------------------------
Bu gün Azərbaycan Kubokunun ilk yarımfinalçıları məlum olacaq.
Sportnet.az xəbər verir ki, ¼ final mərhələsinin cavab
qarşılaşmasının ilk günündə “Qarabağ” evdə “Səbail”i, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Qurban Qurbanovun komandası ilk görüşün nəticəsinə görə 1:0 üstünlüyə malikdir. Sumqayıtda baş tutacaq görüş isə bərabərlik şəraitində start götürəcək.
Qeyd edək ki, ¼ finalın digər cavab oyunlarında sabah “Zirə” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək.
Azərbaycan Kuboku
¼ final mərhələsi, cavab oyunları
27 fevral
16:00 “Qarabağ” – “Səbail” - 3:1
Qollar: Musa Qurbanlı, 13. Emin Rüstəmov, 43 (öz qapısına). Nəriman Axundzadə, 55 - Rüfət Abdullazadə, 15
İlk oyun - 1:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR hakimi: Rauf Allahverdiyev
AVAR hakimi: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu
19:30 “Sumqayıt” – “Sabah” - 0:4
Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+3
İlk oyun - 0:0
Hakimlər heyəti: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu