
İspaniya millisinin və "Barselona" klubunun keçmiş futbolçusu Jerar Pike oyunların 0:0 hesabı ilə bitdiyi təqdirdə, komandaları xallardan məhrum etməyi təklif edib.
Sportnet.az xəbər verir ki, veteran müdafiəçi bu barədə "Marca" nəşrinə açıqlamasında bildirib.
“Ola bilməz ki, stadiona getmək üçün 100, 200 və ya 300 avro xərcləyib 0:0 hesablı oyuna baxasan. Nəyisə dəyişmək lazımdır. Nəzərə alına biləcək təkliflərdən biri odur ki, matç qolsuz başa çatarsa, komandalar heç bir xal qazanmasınlar. Belə olan halda, 70-ci dəqiqədən etibarən matç daha açıq keçəcək”, - deyə Pike vurğulayıb.
Qeyd edək ki, Jerar Pike "Barselona"nın yetirməsidir. O, 2023-cü ildə karyerasını bitirib.