
"Real Madrid"in futbolçusu Vinisius Junior klubla 300-cü matçını keçirib.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu bu saya İspaniya La Liqasının XXVI turunda səfərdə "Real Betis"ə 1:2 hesabı ilə məğlub olduqları oyunda çatıb. 25 yaşlı braziliyalı bu görüşlərdə 102 qol və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən çıxış etdiyi "Real Madrid"də 14 kubok qazanıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.