
AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında XIV turun “Qusar” – “Füzuli” oyununda baş verənlərlə əlaqədar hər iki komandanı cəzalandırıb.
Sportnet.az xəbər verir ki, fevralın 27-də baş tutan görüş komandaların formalarında qüsurlar olması səbəbindən gecikib. Nəticədə Qusar və Füzuli klubları 80 manat cərimələnib.
Həmçinin, oyununda xərəkdaşıyanlar olmadığına görə “Qusar” daha 80 manat ziyana düşüb.
Qeyd edək ki, “Qusar” – “Füzuli” görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:2.