
“Araz-Naxçıvan” komandasının qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, o, baş məşqçinin şans verəcəyi təqdirdə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə keçiriləcək oyunda forma geyinəcək.
Qarşılaşma martın 22-də Kişineudakı Zimbru stadionunda təşkil olunacaq.
Qeyd edək ki, təcrübəli qolkiper 2023-cü ildən Naxçıvan klubunda çıxış edir.