
Türkiyə Super Liqasında çıxış edən “Fənərbağça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo irqçilik iddiaları ilə bağlı açıqlama verib.
Sportnet.az xəbər verir ki, “Sky Sports News” nəşrinə danışan 62 yaşlı mütəxəssis Afrika ilə bağlarınn olduğunu bidirib.
"Onlar keçmişimi bilmədiklərinə görə mənə hücum edəndə ağıllı davranmadılar. Mənim Afrika ölkəsi, xalqı, afrikalı oyunçular və Afrika xeyriyyə təşkilatları ilə əlaqələrimdən xəbərsiz idilər. Bu səbəbdən, mənə qarşı ittihamlarının bumeranq kimi onların özlərinə qayıtdığını düşünürəm”.
Qeyd edək ki, fevralın 24-də Super Liqada XXV turun qolsuz yekunlaşmış “Qalatasaray” – “Fənərbağça” oyununda portuqaliyalı mütəxəssis meymunlara bənzətdiyi rəqib futbolçular haqqında irqçi ifadə işlətdiyinə, eləcə də hakimlərdən birini təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. “Qalatasaray” rəhbərliyi Joze Mourinyonu məhkəməyə verəcəyini, həmçinin FİFA və UEFA-ya müraciət edəcəyini bildirib. Lakin Mourinyo matçdan sonra irqçiliklə bağlı ittihamları rədd edib.