
İtaliyanın "Milan" klubu baş məşqçi Serjiu Konseysau ilə yollarını ayıra bilər.
Sportnet.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "qırmızı-qaralar" cari mövsümün sonunda portuqaliyalı mütəxəssisi göndərmək qərarına gəlib.
Milan təmsilçisinin rəhbərliyi 51 yaşlı məşqçini istefaya göndərmək üçün yayı gözləməyə də bilər. "Milan" növbəti iki matçında uğurlu nəticə göstərə bilmərsə, rəhbərlik Konseysaunu yola salacaq.
Qeyd edək ki, "Milan" bu gün İtaliya A Seriyasının XXVIII turunda "Leççe"nin qonağı olacaq, növbəti turda isə "Komo"nu qəbul edəcək. Komanda hazırda 41 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Serjiu Konseysau 2024-cü ilin dekabrından "Milan"ın baş məşqçisidir.