
"Neftçi" komandası "Turan Tovuz"la Azərbaycan Premyer Liqasının XXVI tur oyununa xüsusi hazırlanmış formalarla çıxacaq.
Sportnet.az xəbər verir ki, formalar 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanıb.
Geyimin üzərində bu barədə qeyd də olunub.
Bu gün "Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da başlanacaq.