
"Sumqayıt" klubu 11 oyunluq qolsuzluq seriyasına son qoyub.
Sportnet.az xəbər verir ki, "kimyaçılar" Azərbaycan Premyer Liqasının XXVI turunda evdə "Kəpəz"lə oyunda hesabı açan tərəf olub. Qolu 20-ci dəqiqədə israilli yarımmüdafiəçi Roy Kehat vurub.
"Sumqayıt" son olaraq 2024-cü ilin dekabrın 8-də evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri XVI tur oyununda qol vurub. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv bundan sonra Premyer Liqanın 9, Azərbaycan Kubokunun 2 matçında meydanı qolsuz tərk edib.
Qeyd edək ki, "Sumqayıt" hazırda davam edən oyunda minimal hesabla öndədir.