
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu 30 yaşından sonra vurduğu qol sayında önə keçib.
Sportnet.az xəbər verir ki, 40 yaşlı hücumçu son 10 ildə aktivinə 464-cü qolu yazıb. Portuqaliyalı forvardın 30 yaşınadək vurduğu top sayı isə 463-dür.
Beləliklə, Ronaldu karyerasında 927-ci dəfə fərqlənib. O, Asiya Çempionlar Liqasının 1/8 finalında İran "İstiqlal"ı ilə görüşdə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Ər-Riyad" şəhərində keçirilmiş görüş "Əl-Nəsr"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Kriştianu Ronaldu 27-ci dəqiqədə komandasının ikinci topunu vurub. Digər qollara isə 9-cu və 84-cü dəqiqələrdə Con Duran imza atıb.