
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev "Çorum" komandasının heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin klubu XXX turda "Keçiörengücü"nü qəbul edib.
Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2. İlk yarını 1:2 hesabı ilə başa vuran "Çorum" fasilədən sonra əvvəlcə bərabərliyi təmin edib, daha sonra 75-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, 90+6-cı dəqiqədə qələbə topunu vurub.
Diniyev start heyətində meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində "Çorum" xalını 45-ə çatdıraraq, 7-ci pilləyə yüksəlib. "Keçiörengücü" isə 42 xalla 12-cidir.