
Niderland milli komandasının sabiq futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib.
Sportnet.az xəbər verir ki, 2024-cü ilin sentyabrından BƏƏ-nin "Dubay Yunayted" klubunda çıxış edən 33 yaşlı hücumçu sosial şəbəkə hesabında "Allah Əkbər" yazılı şəkil paylaşıb.
Niderlandlı forvard Rusiya “Spartak Moskva"sı ilə təlim-məşq toplanışından sonra Dubay hava limanında Moskvaya uçmaq istəyərkən saxlanılıb. Bundan əvvəl Niderland dövlətinin Promesin ekstradisiyasını tələb etdiyi bildirilirdi.
Qeyd edək ki, Kvinsi Promes öz ölkəsində narkotik maddələrin qaçaqmalçılığında ittiham olunur. Onun Rusiyada keçirilən DÇ-2018 zamanı milyardlarla dəyəri olan kokaininin mundialın keçirildiyi şəhərlərə daşınmasına başçılıq etdiyi deyilir. Promes Niderland milli komandasının heyətində meydana çıxdığı 50 oyunda 7 qol müəllifi olub.