
Britaniyanın “FourFourTwo” portalı futbol tarixinin 100 ən yaxşı oyunçusunun reytinqini tərtib edib.
Sportnet.az xəbər verir ki, siyahıya Lionel Messi başçılıq edir.
Reytinqdə Pele ikinci yeri tutur, Dieqo Maradona isə ilk üçlüyü qapayır. Kristiano Ronaldu 4-cü yerdədir.
Bununla belə, ən yaxşı qapıçı 24-cü yerdə alman Manuel Noyerdir. Top 100-də keçmiş SSRİ-dən yeganə oyunçu 26-cı yeri tutan əfsanəvi qapıçı Lev Yaşindir.
“FourFourTwo”ya görə, tarixin ən yaxşı 10 futbolçusunun siyahısı belədir:
- Lionel Messi (Argentina)
- Pele (Braziliya)
- Dieqo Maradona (Argentina)
- Kristianu Ronaldo (Portuqaliya)
- Yohan Kroyff (Niderland)
- Ronaldo (Braziliya)
- Zinəddin Zidan (Fransa)
- Frants Bekkenbauer (Almaniya)
- Alfredo Di Stefano (Argentina, Kolumbiya, İspaniya)
- Marko van Basten (Niderland)