
"2022-ci il dünya çempionluğunu Argentina millisinin futbolçusu Lionel Messiyə veriblər".
Sportnet.az-ın məlumatına görə, bu barədə Fransa millisinin sabiq müdafiəçisi Patris Evra açıqlama verib.
O, Qətərdə təşkil olunmuş mundialın final oyununda penaltilər seriyasında uduzmalarını belə şərh edib: "Bəli, biz 2018-ci ildən sonra dünya çempionu ola bilmədik. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya çempionluğunu sadəcə, Messiyə verdilər. Hər şey artıq əvvəldən həll olunmuşdu. Hətta fransalılar da Messinin qazanmasını istəyirdilər. Başlanğıcdakı penalti... Şəxsən mən Fransa millisinə Didye Deşamdan sonra gələcək baş məşqçiyə uğurlar arzulayıram. İnsanların "Hələ ilyarım dözmək lazımdır" sözlərini eşitmək mənə hörmətsizlik kimi görünür".
Qeyd edək ki, DÇ-2022-nin final matçında Argentina yığması Fransanı oyunsonrası penaltilər seriyasında məğlub edib. Patris Evra Fransa millisində 2004 - 2016-cı illərdə çıxış edib.