
AFFA-nın dünyasını dəyişmiş sabiq baş katibi Çingiz İsmayılov Bakının Bakıxanov qəsəbəsində qəbiristanlıqda dəfn olunacaq.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Teleqraf-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi bu gün saat 15:00-da mərhumun Bakıxanov qəsəbəsindəki mənzilində olacaq.
Ç.İsmayılovun Almaniyada yaşayan oğlunun gəlib çata bilməsi üçün dəfn saatı bir qədər geriyə çəkilib.
Qeyd edək ki, Çingiz İsmayılov martın 23-də 89 yaşında ikən vəfat edib. Bu yaxınlarda isə onun həyat yoldaşı dünyasını dəyişib.