
Azərbarbaycan milli komandası Belarusla yoldaşlıq oyunu öncəsi itki ilə üzləşib.
Sportnet.az ın məlumatına görə, yığmanın əsas qapıçısı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən açıq məşqdə iştirak etməyib.
30 yaşlı “əlcək sahibi”nin sabahki oyunu buraxacağı ehtimal olunur.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi sabah saat 21:45-də “Bank Respublika Arena”da Belarus yığmasınl qəbul edəcək.