
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) futbol üzrə milli komandasının portuqaliyalı baş məşqçisi Paulu Bentu istefaya göndərilib.
Sportnet.az xəbər verir ki, qərar, BƏƏ-nin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Şimali Koreya üzərində 2:1 hesablı qələbəsindən bir gün sonra verilib.
Bentunun komandası mundiala birbaşa vəsiqə şanslarını saxlayır. Sona iki tur qalmış ərəblər A qrupunda ikinci yerdə qərarlaşan Özbəkistandan 4 xal geri qalaraq 3-cü yeri tutur. Bununla belə, komandanın birbaşa vəsiqə şansları xeyli çətinləşib.
Qeyd edək ki, Paulu Bentu 2023-cü ildə BƏƏ millisinin baş məşqçi təyin olunub. 56 yaşlı mütəxəssis əvvəllər Portuqaliya və Cənubi Koreya millilərinə, həmçinin Portuqaliyanın "Sportinq", Yunanıstanın "Olimpiakos" və Braziliyanın "Kruzeyro" komandalarına rəhbərlik edib.