
İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.
Sportnet .az “Tribal Football”a istinadən xəbər verir ki, Joze Mourinyonun baş məşqçisi olduğu “Fənərbağça” 31 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədir.
Səudiyyə Ərəbistanı klublarından da təkliflər alan Ederson 2017-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir.
Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilən qapıçı Premyer Liqanın cari mövsümündə meydana çıxdığı 19 oyunda 23 qol buraxıb.