
İtaliyanın “Milan” klubunda icarə əsasında çıxış edən portuqaliyalı hücumçu Joao Feliks karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Sportnet.az Türkiyənin “Sporx” nəşrinə istinadən xəbər verir ki, futbolçunun agenti Xorxe Mendeş yay transfer pəncərəsində Feliksin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlar aparıb.
Feliks fevraldan "Milan"da çıxış edir. İtalyanların portuqaliyalı ilə daimi əsasda müqavilə imzalamaq niyyətində olmadığı bildirilir.
Məlumata görə, futbolçunun transfer hüquqlarına sahib olan “Çelsi” də Feliksin qayıtmasında maraqlı deyil.
Forvardın özünün də “Qalatasaray”a keçmək istədiyi bildirilir.