
“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Real Madrid"ə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportnet.az“Bulinews” nəşrinə istinadən xəbər verir ki, ispan çalışdırıcı Almaniya klubundan ayrılmağı düşünmür.
Alonso bildirib: "Bəli, keçən həftə İspaniyada idim. Amma heç kimlə danışmamışam. Hazırda diqqətimi “Bayer”in uğurlarına yönəltmişəm”.
Yada salaq ki, Alonsonun gələn ilin yayında “Real Madrid”dən ayrılacağı gözlənilən Karlo Ançelottini əvəzləyəcəyi barədə iddialar var.