
İngiltərənin "Çelsi" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Jül Kundeni yayda heyətinə qatmağa hazırlaşır.
Sportnet.az "Football Espana" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi danışıqlarda müsbət nəticə əldə etmək üçün hər cür səy göstərməyə çalışacaq.
Kataloniya təmsilçisi isə fransalı oyunçunun müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
"Çelsi" 2022-ci ildə Tomas Tuxelin baş məşqçi olduğu dönəmdə də Kundeni transfer etmək istəyib.
Qeyd edək kİ, 26 yaşlı oyunçunun hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.