
İtaliya A Seriyasında XXX turun mərkəzi görüşü “Napoli” və “Milan” komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Matçda hesabı 2-ci dəqiqədə “Napoli”nin futbolçusu Matteo Politano açıb. 19-cu dəqiqədə belçikalı hücumçu Romelu Lukaku meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
84-cü dəqiqədə “Milan”ın serbiyalı hücumçusu Luka Yoviç fərqi azaldıb. 69-cu dəqiqədə bərabərlik qolunu vurmaq şansı yaransa da, Santyaqo Ximenes penaltidən fərqlənə bilməyib.
“Napoli” turnir cədvəlində ikinci yerdədir. Antonio Kontenin baş məşqçi olduğu komanda 64 xal toplayıb. Uğursuz mövsüm keçirən “Milan” 47 xalla 9-cu yerdə qərarlaşıb. A seriasının lideri “İnter”in hesabında 67 xalı var.