
İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, son olaraq, bu hüquqa “Aston Villa” və “Mançester Siti” yiyələnib.
Finala gedən yolda onların rəqibləri müvafiq olaraq, "Kristal Pelas" və “Nottingem Forest” olacaq.
Qeyd edək ki, İngiltərə Kubokunun son qalibi “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” finalda “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.