
İspaniyanın "Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua komandasının Çempionlar Liqasındakı fiaskosuna görə məsuliyyəti üzərinə götürüb.
Sportnet.az xəbər verir ki, “kral klubu”nun qolkiperi "kral klubu"nun 1/4 final mərhələsinin ilk oyununda İngiltərənin "Arsenal" klubuna 0:3 hesabla məğlubiyyətində özünü günahkar sayıb.
Kurtua ingiltərəli yarımmüdafiəçi Deklan Raysın vurduğu iki qolda səhvə yol verdiyini etiraf edib: “Canlı səddi yaxşı qurduğumu düşünürdüm. Adətən, səddə əlavə oyunçu qoyuram. Buna görə məsuliyyəti üzərimə götürürəm. Ora əlavə oyunçu qoya bilərdim, amma Raysın topu bu cür qüvvətlə havada fırlatmayacağını düşünürdüm. İkinci qol isə əla idi. Heç bir təhlükə olmadığı halda bunlar lazımsız "fol"lar idi. Bəlkə də biz bunları etməməli idik”.
Qeyd edək ki, “Real Madrid” və “Arsenal” arasında cavab oyunu aprelin 16-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.