
İtaliyada qumar və kazinolarda oynadıqları üçün cəzalandırıla biləcək futbolçuların yeni adları məlum olub.
Sportnet.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, bu, qeyri-qanuni platformalarda idman mərc oyunları ilə bağlı araşdırma zamanı bilinib.
Mənbənin məlumatına görə, Milan şəhərinin prokurorları A Seriyasının 12 oyunçusunun 2021 - 2023-cü illərdə qeyri-qanuni saytlarda mərc və onlayn poker oynadıqlarını araşdırır. Şübhəlilərin siyahısı futbolçuların smartfonları yoxlanıldıqdan sonra formalaşıb.
Məlum olub ki, Milanda olan saat mağazalarından biri bu sxemdə ödəniş üsulu kimi seçilib. O, futbolçuların bukmeyker kontoruna borclu olduqları məbləğ qiymətinə "saxta" bahalı saatlar satıb.
Futbolçuların pul qoyuluşu etdikləri qeyri-leqal bukmeyker kontorlarının qeyri-rəsmi olaraq reklam etmiş İtaliya millisinin üzvləri Sandro Tonali və Nikolo Facoli çoxdandır nəzarət altındadılar.
Şübhəlilərin yenilənmiş siyahısına Mattia Perin, Ueston Makkenni (hər ikisi "Yuventus"), Anxel Di Maria ("Benfika"), Leandro Paredes ("Roma"), Alessandro Florentsi ("Milan"), Nikolo Zanyolo ("Fiorentina") və bir sıra digər futbolçu da daxildir.
Onların heç də hamısının qeyri-qanuni platformalarda idman mərcləri etmədikləri vurğulanır. Bəziləri onlayn poker və kazino oynadıqları üçün araşdırılıb. Lakin bu kateqoriyadan olan futbolçuların diskvalifikasiya olunma ehtimalı azdır. Qanuna görə, onlar maksimum 20 000 avro məbləğində cərimələnə bilərlər.