
Azərbaycan Kubokunun ikinci finalçısı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Sabah" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib (ilk oyun 2:1).
"Bank Respublika Arena"da keçirilən matçda hesabı 23-cü dəqiqədə Masazır təmsilçisindən Cesse Sekidika açıb. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşdə "flaqman"ın qolunu 40-cı dəqiqədə Emin Mahmudov vurub.
Bununla da, "bayquşlar" tarixdə ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.
Qeyd edək ki, "Sabah" finalda "Qarabağ"la üz-üzə gələcək. Həlledici oyun mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
-----------------
Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”ı darmadağın edib - 3:0 (ilk oyun - 0:1).
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 65-ci dəqiqədə Yassin Benzia vurub. 5 dəqiqə sonra Nəriman Axundzadə fərqi artırıb. Görüşün 77-ci dəqiqəsində Toral Bayramov penalti zərbəsindən vurduğu qolla yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, kubokun digər yarımfinal görüşündə “Sabah” “Neftçi”ni qəbul edəcək. "Bank Respublika Arena”da baş tutacaq cavab qarşılaşması saat 20:00-da start götürəcək.
--------------------
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”la qarşılaşacaq.
Baş hakim Rəvan Həmzəzadənin idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. Tərəflər arasında baş tutan ilk matçda Elmar Baxşıyevin komandası 1:0 hesablı qələbəyə sevinib.
Mərhələnin digər oyununda isə "Bank Respublika Arena"da “Sabah” və “Neftçi” komandaları üz-üzə gələcək.
Saat 20:00-da başlayacaq qarşılaşmada ədaləti çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov qoruyacaq. İlk oyunda “bayquşlar” qələbə qazanıb - 2:1.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
23 aprel
17:00. "Qarabağ" – "Araz-Naxçıvan" - 3:0
Qollar: Yassin Benzia, 65. Nəriman Axundzadə, 70. Toral Bayramov, 77
İlk oyun – 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. "Sabah" – "Neftçi" - 1:1
Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40
İlk oyun – 2:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena".