"Qarabağ" komandası ardıcıl 4-cü, tarixində 12-ci dəfə Azərbaycan çempionu adını qazanıb. 

 

Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XXXII turun "Sabah" komandası ilə səfər oyununda 1:1 hesablı heç-heçə sayəsində nail olub. 

Görüşdə hesabı 42-ci dəqiqədə Redon Cica dəqiq penalti zərbəsi ilə açıb. Meydan sahiblərinin bərabərlik qolunu 73-cü dəqiqədə Boyan Letiç vurub. 

 

Bununla da xalını 77-yə çatdıran lider "Qarabağ" sona 4 tur qalmış 64 xalla 2-ci pillədə gedən "Zirə" üçün əlçatmaz olub. "Sabah" isə 40 xalla 5-ci pillədə qərarlaşıb. 

 

"Qarabağ"ın ötən mövsümdəki kimi yenə, "qızıl dubl" etmək imkanı var. Bundan ötrü mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək final oyununda "Sabah" üzərində qələbə qazanmaq lazımdır.   

 

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Səbail" "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib. Tura aprelin 28-də "Sumqayıt" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

 

---------------------

 

Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyununda "Səbail" və "Araz-Naxçıvan" komandaları arasında keçirilib.

 

Sportnet.az xəbər verir ki, "ASCO Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

 

Hesabı 30-cu dəqiqədə Naxçıvan komandasının hücumçusu Ülvi İsgəndərov açıb. Lakin 76-cı dəqiqədə Marko Nikoliç paytaxt təmsilçisinin bərabərlik qolunu vurmağa müvəffəq olub.

 

Bu nəticədən sonra "Araz-Naxçıvan" 54 xalla 3-cü, "Səbail" 21 xalla sonuncu - 10-cu pillədə yer alıb.

 

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Turan Tovuz" evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib, "Kəpəz" isə "Zirə"yə uduzub - 0:1.

 

Bu gün saat 20:00-da "Sabah" - "Qarabağ" matçı start götürəcək. Tura aprelin 28-də "Sumqayıt" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

 

-----------------------