
“Barselona” azarkeşləri İspaniya Kubokunun finalında “Real Madrid”ə qalib gəldikdən sonra tribunalarda İngiltərənin “Arsenal” klubunun bayrağını qaldırıblar.
Sportnet.az xəbər verir ki, bu, Kataloniya komandasının əlavə vaxtda 3:2 hesablı qələbəsinin ardından baş verib.
Xatırladaq ki, “Real Madrid” 1/4 final mərhələsində “Arsenal”a səfərdə 0:3, evdə 1:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasının ilə vidalaşıb.
“Barselona” və “Real Madrid” La Liqanın XXXV turunda da qarşılaşacaqlar. Oyun mayın 11-də Kataloniya paytaxtında baş tutacaq.
Qeyd edək ki, İspaniya çempionatında 33 turdan sonra “Barselona” 76 xalla liderdir. "Real Madrid" isə 72 xalla ikincidir.