
“Traktor”un futbolçusu Alireza Beyranvənd İran çempionatının qalibi olduqdan sonra maraqlı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı qapıçı çempionluğu ailəsinə həsr etdiyini bildirib.
"Anama yaxşı oğul, həyat yoldaşıma yaxşı ər olmamışam! Bu çempionluğu ailəmə həsr edirəm!”, - deyə Beyranvənd vurğulayıb.
Xatırladaq ki, “Traktor” İran Pro Liqasının XXVIII turunda səfərdə “Şəms Azar"ı 4:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə ölkə çempionluğunu təmin edib.