
İspaniyanın "Rayo Valyekano" klubunun bu günə planlaşdırılan məşqi gözlənilmədən ləğv edilib.
Sportnet.az “Union Rayo”ya istinadən xəbər verir ki, La Liqa təmsilçisinin “Las Palmas”la matça hazırlığı gözlənilməz hadisəyə görə baş tutmayıb.
Futbolçular meydana çıxmazdan öncə soyunub-geyinmə otaqlarında bir saatdan çox vaxt keçiriblər. Klubun idman direktoru David Kobeno və komandanın kapitanları iclas çağırıb, sonra isə məşqin keçirilməməsinə qərar veriblər.
Mövcud məlumata görə, ləğvə səbəb idman bazasının ərazisində baş verən oğurluq olub. Aparılan əşyalar arasında bir neçə oyunçunun butsları da daxil olmaqla digər ləvazimatlar olub.
Qeyd edək ki, “Rayo Valyekano” mayın 9-da “Las Palmas”la səfərdə üz-üzə gələcək.