
Azərbaycan I Liqasında XXV tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun sensasiyası Premyer Liqaya vəsiqə qazanan "Karvan"ın "Zaqatala" ilə səfər matçında böyük hesabla uduzması olub.
"İmişli" isə Mingəçevir səfərindən qolsuz heç-heçə ilə ayrılıb.
Əvəzində çempionluğu təmin etmiş "Qəbələ" "Cəbrayıl"ı məğlub etməyi bacarıb.
I Liqa, XXV tur
9 may (cümə)
17:00. “Qaradağ Lökbatan” – MOİK - 0:1
Qol: Sabir Allahquliyev, 60
Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev
Lökbatan OİK stadionu, 400 tamaşaçı
17:00. “Zaqatala” – “Karvan” - 3:0
Qollar: Jan Pol Assumu, 60; Cəlal Cəbrayılov, 65; Cavad Qurbanlı, 90
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov
Zaqatala OİK stadionu, 500 tamaşaçı
17:00. “Mingəçevir” – “İmişli” - 0:0
Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca). 1000 tamaşaçı
8 may (cümə axşamı)
17:00. “Qəbələ” – “Cəbrayıl” - 3:1
Qollar: Samir İbrahimov, 39 (avtoqol). Urfan İsmayılov, 61. Domi Massumo, 80 - Taleh Qarayev, 78
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Qəbələ şəhər stadionu. 150 tamaşaçı
17:00. “Baku Sporting” – “Difai” - 1:2
Qollar: Elşən Abdullayev, 69 - Arzu Atakişiyev, 86. Xəyyam Məmmədli, 90+1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu. 90 tamaşaçı