
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında XXXII tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib "Poqon" komandası olub.
Radom şəhərindəki Çaxoruv qardaşları adına stadionda keçirilmiş görüş "Radomyak"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Start heyətində meydana çıxan Dadaşov 72-ci dəqiqədə əvəzlənib. Onun yerinə çıxan Pedro Perotti ikinci qolun müəllifi olub.
Bu qələbə sayəsində "Radomyak" xalını 40-a çatdıraraq, 12-ci pillədə qərarlaşıb. "Poqon" isə 53 xalla 4-cüdür.