
Hazırda "Neftçi"də icarə əsasında çıxış edən futbolçu Aleks Fernandesin müqavilə üzrə məxsus olduğu "Baltika" klubu vaxtından əvvəl Rusiya Premyer Liqasına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Kalininqrad komandası sona 2 tur qalmış I Liqada çempionluğu təmin edib.
23 yaşlı sağ cinah yarımmüdafiəçisi qışda "Neftçi"yə yarım illik icarəyə götürülüb. Razılaşmaya görə, Azərbaycan təmsilçisi Fernandeslə icarə müqaviləsini daha 6 ay uzada bilər. Hələlik braziliyalı oyunçunun komandada qalıb-qalmayacağı məlum deyil.
"Baltika"nın Rusiya Premyer Liqasına yüksəlməsi Fernandesin "Neftçi"dəki gələcək karyerasını sual altına ala bilər. Qarşı tərəfin "sambaçı"nı geri qaytarmaqda nə dərəcədə maraqlı olduğu sual altındadır.
Qeyd edək ki, Aleks Fernandes "Neftçi"də qısa müddət ərzində əsas heyət oyunçusuna çevrilib. O, Azərbaycan Premyer Liqasında 11, ölkə kubokunda 3 oyuna çıxıb və 1 qol vurub.