
Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Polşanın "Radomyak" klubundan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Podgolebnikiem.pl" podkastına polşalı jurnalist Rafal Yonçik deyib.
Mənbənin sözlərinə görə, 30 yaşlı müdafiəçi martda Azərbaycan yığmasının düşərgəsindən "Radomyak"ın sıralarına komanda yoldaşı Renat Dadaşovdan bir gün gec qoşulub. Onun həmin vaxt ailəsi ilə birlikdə səyahətdə olduğu bildirilir.
Bu səbəbdən, Polşa klubu Məmmədovu əsas komandanın heyətindən kənarlaşdırıb. "Radomyak" azərbaycanlı futbolçu ilə müqaviləyə xitam verməsini yaxın günlərdə açıqlayacaq. Onun klub ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Rahil Məmmədov Azərbaycan millisinin Haiti (0:3) ilə martın 22-də keçirilən yoldaşlıq oyununda 90 dəqiqə meydanda olub. O, martın 25-də Belarus seçməsi (0:2) ilə matçda iştirak etməyib. 2024-cü ilin yayında Polşanın digər təmsilçisi "Lodz"dan "Radomyak"a keçən Məmmədov cari mövsüm ərzində 14 görüşdə iştirak edib.