
İngiltərənin “Nottingem Forest” klubunun hücumçusu Tayvo Avoniyi komaya düşüb.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, forvard Premyer Liqanın 36-cı turunun “Lester”lə oyununda (2:2) ciddi zədə alıb.
Məlumata görə, futbolçu təcili əməliyyat edilib. Onun aldığı xəsarət həyatı üçün təhlükəli hesab olunur.
Bildirilir ki, matçın ikinci hissəsində Avoniyi epizodların birində qapı dirəyi ilə toqquşub. Nigeriyalı hücumçu ilkin tibbi yardım aldıqdan sonra meydana qayıdıb.
Bir müddət sonra özünü pis hiss edən hücumçu əvəzlənərək, xəstəxanaya aparılıb. Orada futbolçu təcili qarın nahiyəsindən əməliyyat olunub.