
Konqo Demokratik Respublikasında futbol hakimi Patrik Nqalamulume vəhşicəsinə qətlə yetirilib.
Sportnet.az xəbər verir ki, yerli azarkeşlərin oyun alqı-satqısında günahlandırdıqları 36 yaşlı referi döyülüb daha sonra diri-diri yandırılaraq öldürülüb.
Hadisə İrambo bölgəsində baş verib.
Şahidlərin dediyinə görə, döyülmə hadisəsi gündüz vaxtı olsa da, heç kim onu xilas etmək üçün vaxtında cəhd etməyib.
Qətl baş verənə qədər təcili yardım xidmətləri hadisə yerinə gələ bilməyib.
Nqalamulumenin ölümü bütün ölkə üçün şok olub. O, dürüstlüyünə və idmana olan bağlılığına görə sevilirdi.
Rəsmi şəxslər ittihamı rədd edərək Nqalamulumenin günahını təsdiqləyən hər hansı faktın olmadığını bildiriblər.