
AFFA İntizam Komitəsi II Liqanın XXV turunun “Ağdaş” - “Dinamo” oyununda baş verənlərlə bağlı qərar verib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş təmsilçisinin futbolçusu Səbuhi Ağayev 90+4-cü dəqiqədə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubunu isə 300 manat ziyana salıb.
“Ağdaş” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə xəbərdarlıq alsa da, 90-cı dəqiqədə azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə 400 manat cərimə edilib.
“Dinamo” isə 88-ci dəqiqədə futbolçusu Əlisa İsayevin qeyri-etik ifadə və hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 200 manat, 90+4-cü dəqiqədə Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 50 manat cərimə olunub.
Səfərzadə 1, İsayev 3 oyunıuq diskvalifikasiya edilib.
Qeyd edək ki, mayın 13-də təşkil olunan görüş “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.