
"Şaxtyor" komandası Ukraynanın Kubokunun qalibi olub.
Sportnet.az xəbər verir ki, Donetsk təmsilçisi finalda "Dinamo Kiyev"i penaltilər seriyasında üstələyib - 6:5.
Jitomir şəhərindəki "Polesye" şəhərində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 44-cü dəqiqədə paytaxt komandasının futbolçusu Andrey Yarmolenko açıb. 64-cü dəqiqədə isə Donetsk komandasından Kauan Elias tarazlığı bərpa edib.
Qeyd edək ki, "Şaxtyor" 15-ci dəfə Ukraynanın Kubokunu və Avropa Liqasında iştirak hüququ qazanıb. "Dinamo"nun aktivində isə 13 belə titul olsa da, ölkə çempionu olmağa çox yaxındır. Bu halda "Aleksandriya" gümüş medal sahibi kimi Konfrans Liqasında çıxış edəcək.