
Futbol üzrə Türkiyə Kubokunda final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə "Qalatasaray" və "Trabzonspor" komandaları üz-üzə gəlib.
Eskişehir şəhərindəki "Yeni Eskişehir" stadionunda təşkil olunmuş qarşılaşma "sarı-qırmızılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 5-ci dəqiqədə Barış Yılmaz açıb. Viktor Osimhen isə 46 və 63-cü dəqiqələrdə vurduğu qollarla dubl edərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da "Qalatasaray" Türkiyə Kubokunun 19 qat qalibi adını qazanıb. Osimhen isə cari mövsüm vurduğu qol sayını 36-ya çatdıraraq, bu göstəricidə Mario Jardelə məxsus rekordu geridə qoyub.